Dünya çempionatında bu gün II tura yekun vurulacaq
Ölkəmizdə təşkil olunan 17 yaşadək qızlar arasında dünya çempionatında bu gün II tura yekun vurulacaq. Bu dəfə meydana C və D qruplarında yer alan komandalar çıxacaq. Bütün oyunların Bakıda keçiriləcəyi qarşılaşmalar 8-ci km qəsəbə stadionunda və “Bayıl Arena”da baş tutacaq.

Hər 2 qrupda 1/4 finalçıların da, qrupda qalanların bəzilərinin da adları dəqiqləşə bilər. C qrupunda ilk matçında qalib gələn Meksika və Yaponiya yığmaları qələbə qazanmaqla son turu formallığa çevirə bilər.

Özü də Yaponiya artıq 1 dəfə mundilda 6:0 hesabı ilə məğlub etdiyi Yeni Zelandiya ilə görüşəcək. Okeaniya təmsilçisi, həmçinin Braziliya 2-ci məğlubiyyətini almaqla 1/4 final arzusunun üstündən xətt çəkə bilər.

D qrupunda isə ilk turu qələbə ilə başa vuranlar Almaniya və Çin üz-üzə gələcək. Bu matçda qalib gələn digər oyunun nəticəsindən asılı olaraq pley-offa yüksələcək. Uruqvay – Qana görüşündə uduzan isə qrupda qala bilər. Bunun üçün digər oyunun nəticəsi də həlledici olacaq.

17 yaşadək qızlar arasında dünya çempionatı
II tur
26 sentyabr

C qrupu

17:00. Meksika – Braziliya
Baş hakim: Katerina Monzul (Ukrayna)
Bakı. 8-ci km qəsəbə stadionu

20:00. Yeni Zelandiya – Yaponiya
Baş hakim: Kardella Samuels (yamayka)
Bakı. 8-ci km qəsəbə stadionu

Xəbər 888 dəfə oxundu.