Çempionlar Liqası: “Araz-Naxçıvan” komandası Serbiya klubu ilə qarşılaşacaq
Bu gün futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində “Araz-Naxçıvan” komandası ikinci oyununu keçirəcək.

Təmsilçimiz Serbiya çempionu “Loznika Qrad” ilə qarşılaşacaq. Komandamız ilk oyunda “Orebro” klubuna məğlub olub, Serbiya çempionu isə “Mostar”a qalib gəlib.

Qeyd edək ki, oyunu idarə edəcək hakimlər briqadasında da dəyişiklik edilib. Oktyabrın 26-da keçirilmiş oyunda zədələnən ispaniyalı hakimi xorvatiyalı Josip Dujmiç əvəz edəcək.

Xəbər 223 dəfə oxundu.