Luka Modriç bu il keçiriləcək dünya çempionatından sonra yığmadakı karyerasını başa vuracaq | |
Xorvatiya millisinin və “Real Madrid”in futbolçusu Luka Modriç bu il keçiriləcək dünya çempionatından sonra yığmadakı karyerasını başa vuracaq. Bu barədə 37 yaşlı yarımmüdafiəçi öz açıqlamasında bildirib: “Mən artıq müəyyən yaşa çatdığımı və bunun Xorvatiya millisində sonuncu turnirim olduğunu bilirəm”. Modriç 2006-cı ilin martında milli komandada debüt edib. Kapitan Xorvatiya yığmasında 154 oyunda 23 qol vurub və 24 qolun ötürməsini verib. Noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək dünya çempionatında Xorvatiya millisi F qrupunda Belçika, Kanada və Mərakeş ilə birgə mübarizə aparacaq. Yığma yarışda ilk oyununu noyabrın 23-ü Mərakeşə qarşı keçirəcək. |
|
Xəbər 302 dəfə oxundu. |
|
|