Azərbaycanın “Caspiana” yaxt komandası bu gün 33-cü Marmaris reqatasında mübarizəyə başlayır
Azərbaycanın “Caspiana” yaxt komandası bu gün Türkiyədə start götürəcək 33-cü Marmaris reqatasında mübarizəyə başlayacaq.

Yarışda komandamız iki heyətlə mübarizə aparacaq.

Komandanın əsas heyətində İlkin Əliyev (şkiper), Sərxan Həşimov, Rüfət Həmzəyev, Ruslan Muradov, Rüfət Əbilov, Farxod Kamilov, Viktor Vasilyev, Oytun Çalışlar və Dilarə Cəfərova yer alıblar. Əsas heyətlə yanaşı, Azərbaycan Yelken Federasiyasının İdarə Heyətinin üzvü, şkiper Tatyana Srebnayanın rəhbərliyi altında idmanın bu növü ilə məşğul olmağa yeni başlayan idmançılar ikinci komandada güclərini sınayacaqlar.

Marmaris reqatasında 15 ölkədən min idmançı 120 yaxtada mübarizə aparacaq.

Hazırda “Caspiana” Azərbaycanı beynəlxalq arenada təmsil edən və Yelkən Federasiyanın üzvü olan yeganə rəsmi yaxt komandasıdır.

Xəbər 253 dəfə oxundu.