“Aimchess Rapid”: Şəhriyar Məmmədyarov finalda polşalı şahmatçı ilə qarşılaşacaq
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov “Meltwater Champions Chess Tour” seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid” turnirinin final mərhələsində mübarizə aparacaq.

Qrosmeyster həlledici mərhələdə yarımfinalda norveçli dünya çempionu Maqnus Karlseni məğlub edən polşalı Yan Kşiştof-Duda ilə qarşılaşacaq.

Qeyd edək ki, şahmatçımız Riçard Rapportu (Macarıstan) məğlub etməklə finala yüksəlib.

Turnirin ümumi mükafat fondu 150 min dollardır.

Xəbər 247 dəfə oxundu.