Məhəmməd Salah UEFA Çempionlar Liqası tarixində ən sürətli het-trikə imza atıb | |
İngiltərənin “Liverpul” klubunun hücumçusu Məhəmməd Salah UEFA Çempionlar Liqası tarixində ən sürətli het-trikə imza atıb. 30 yaşlı misirli futbolçu qrup mərhələsinin 4-cü turunda “Reyncers”lə (Şotlandiya) matçda 6 dəqiqə 12 saniyəyə 3 qol vurmağı bacarıb. Görüş 7:1 hesabı ilə “Liverpul”un xeyrinə başa çatıb. Bundan əvvəlki nailiyyət 2011-ci ildə Zaqreb “Dinamo”su ilə görüşdə (7:1) 8 dəqiqəyə 3 qol vuran “Lion”un hücumçusu Bafetimbi Qomisə məxsus olub. Qeyd edək ki, "Liverpul" 4 oyundan sonra 9 xalla A qrupunda ikinci pillədə yer alıb. Hesabında xal olmayan Şotlandiya təmsilçisi sonuncudur. |
|
Xəbər 214 dəfə oxundu. |
|
|