Zaur Axundov: Qrupun lideriyik, amma hələ heç nə həll olunmayıb | |
Komanda üzvlərini və azarkeşlərimizi təbrik edirəm. Məhsuldar qələbə oldu. Polşa millisi ilə oyundan əvvəl komanda ilə görüşəndə də qarşıya 2 oyundan maksimum xal toplamağı qarşıya məqsəd qoymuşdum. Bu sözləri AFFA-nın İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov dünya çempionatının əsas seçmə mərhələsi çərçivəsində səfərdə Yunanıstan yığmasını məğlub edən Azərbaycan millisinin oyunundan sonra deyib. Federasiya rəsmisi ilk maçın kifayət qədər çətin keçdiyini deyib: “Ən əsası birinci oyunda vacib olan 3 xalı qazandıq. Sonra Afinada Yunanıstan yığması ilə üz-üzə gəldik. Əlbəttə, Polşa üzərində qələbədən sonra müəyyən arxayınlaşma ola bilərdi. Buna görə də komanda üzvləri ilə söhbət aparıldı. Uşaqlar yaxşı oynadılar, sona qədər mübarizə apardılar. Böyük hesablı qələbə qazandıq. Hazırda 6 xalla yer aldğımız qrupun lideriyik, amma hələ heç nə həll olunmayıb. Qarşıda daha 2 oyunumuz var. Həmin görüşlərə də yaxşı hazırlaşmalı, maksimum nəticə qazanmalı və elit-raunda yüksəlməliyik”. Qeyd edək ki, Yunanıstan – Azərbaycan oyunu millimizin 7:0 hesablı qələbəsi ilə başa çatıb. Hesabında 6 xal olan Azərbaycan millisi qrupda birinci pillədə yer alıb. İkinci pillədə 3 xalla Polşa qərarlaşıb. Xalı olmayan Yunanıstan isə sonuncudur. |
|
Xəbər 285 dəfə oxundu. |
|
|