Premyer Liqa: “Sabah” klubu “Kəpəz”i böyük hesabla məğlub edib | |
Futbol üzrə Azərbaycan Premyer Liqasında IX tura yekun vurulub. Günün ilk matçında “Qəbələ” klubu öz meydanında “Qarabağ”a minimal hesabla məğlub olub. Oyunun yeganə qolunu 58-ci dəqiqəsində Filip Ozobiç vurub. Günün digər matçında isə “Sabah” və “Kəpəz” komandaları qarşılaşıb. Baş hakim Rəşad Əhmədovun idarə etdiyi oyun ev sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda qolları Coy Lens Mikels (22), Aleksey Kaşuk (39), Anatoli Nuriyev (42), Aleksey Kaşuk (52) və Namik Ələskərov (82) vurublar. Qeyd edək ki, 9 turdan sonra turnir cədvəlində ehtiyatında bir oyun olan “Qarabağ” 24 xalla liderdir. “Sabah” klubu ikinci, “Qəbələ” komandası isə beşincidir. Hesabında 4 xalı olan “Kəpəz” klubu 8-ci yerdə qərarlaşıb. |
|
Xəbər 254 dəfə oxundu. |
|
|