Bizə vurulan qol ən gözəl seçilib
Azərbaycanda startı götürən 17 yaşadək qızlardan ibarət dünya çempionatının final mərhələsinin ilk oyun gününün ən gözəl qolu müəyyənləşib. İdman.com.az saytının məlumatına görə, bu, turnirin açılış mərasimindən sonra keçirilən və günün son oyunu olan Azərbaycan – Kolumbiya matçında seçilib.

Belə ki, rəqibin kapitanı Dayana Kastillonun 20-ci dəqiqədə Aytac Şərifovanın qapısına vurduğu qol möcüzəvi sayılıb. Bu, onun sol cinahdan qapının yaxın küncünə vurduğu dəqiq zərbə olub. Bununla da futbol yığmalarımıza final mərhələsində ilk qolu vuran Dayan dublunu rəsmiləşdirib. Onun komanda yoldaşları sonradan daha 2 qol vuraraq, 4:0 hesabı ilə qalib gəlib.

Xəbər 888 dəfə oxundu.