AFFA-nın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Avropa çempionatının seçmə mərhələsinin qrup oyunlarına təyinat alıb | |
AFFA-nın Beynəlxalq əlaqələr şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehtiyeva 19 yaşadək qadın futbolçulardan ibarət komandalar arasında təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin 7-ci qrupunun oyunlarına təyinat alıb. O, oktyabrın 5-dən 11-dək Portuqaliyada keçiriləcək oyunlarda UEFA nümayəndəsi olacaq. Bu qrupda Norveç, Belçika, Portuqaliya və Malta milli komandalar mübarizə aparacaqlar. |
|
Xəbər 317 dəfə oxundu. |
|
|