AFFA-nın əməkdaşı UEFA tərəfindən yeni təyinat alıb | |
AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov UEFA tərəfindən yeni təyinat alıb. O, UEFA Avropa Liqası turnirinin qrup mərhələsi çərçivəsində keçiriləcək “Trabzonspor” – “Monako” oyununda UEFA matç direktoru qismində çalışacaq. Matç oktyabrın 13-də Türkiyənin Trabzon şəhərindəki “Şenol Güneş Spor Kompleksi” stadionunda oynanılacaq. |
|
Xəbər 207 dəfə oxundu. |
|
|