“Neftçi” klubunun rəhbərliyi Yusuf Lavala yeni müqavilə təklif edib | |
Bakının “Neftçi” klubunun rəhbərliyi Yusuf Lavala yeni müqavilə təklif edib. 24 yaşlı legioner hələlik təklifə müsbət cavab verməyib. Türkiyədən və Avropanın bəzi ölkələrindən təkliflər alan afrikalı yarımmüdafiəçi qərar verməyə tələsmir. “Neftçi” rəhbərliyi isə Lavalın maaşını da artırmağa hazırdır. Azərbaycanda üçüncü mövsümünü keçirən nigeriyalı yarımmüdafiəçinin hazırda davam edən müqaviləsi gələn ilin yayında başa çatacaq. |
|
Xəbər 256 dəfə oxundu. |
|
|