“Union Berlin” klubu baş məşqçisi Urs Fişerlə müqaviləni yeniləyib | |
Almaniyanın “Union Berlin” klubu baş məşqçisi Urs Fişerlə müqaviləni yeniləyib. 56 yaşlı isveçrəli mütəxəssislə yeni müqavilənin müddəti açıqlanmayıb. Berlin klubu baş məşqçinin köməkçisi Markus Hoffmanla da yeni müqavilə imzalayıb. Fişer 2018-ci ilin iyulundan “Union Berlin”ə rəhbərlik edir. Komanda yeni mövsümdə 7 turdan sonra 17 xalla Bundesliqanın turnir cədvəlinin liderdir. |
|
Xəbər 338 dəfə oxundu. |
|
|