Futbol üzrə İngiltərə millisi 29 ildən sonra antirekordunu təkrarlayıb
Futbol üzrə İngiltərə millisi 29 ildən sonra antirekordunu təkrarlayıb.

Qaret Sautqeytin baş məşqçi olduğu komanda 6 rəsmi oyunda qələbə qazana bilməyib.

Yığma UEFA Millətlər Liqasında keçirdiyi 3 matçda heç-heçə edib, eyni sayda məğlubiyyətlə üzləşib. Komanda son olaraq 1993-cü ildə uğursuz seriya ilə yadda qalıb.

Xatırladaq ki, A Liqasında 3-ü qrupu 3 xalla sonuncu pillədə başa vuran İngiltərə millisi B Liqasına düşüb.

Xəbər 263 dəfə oxundu.