“Everton”un futbolçusu Birləşmiş Ərəb Əmirliklərinin klubu ilə müqavilə imzalayıb
Braziliyalı yarımmüdafiəçi Allan İngiltərənin “Everton” klubundan Birləşmiş Ərəb Əmirliklərinin “Əl Vahda” komandasına keçib.

31 yaşlı braziliyalı futbolçu ilə ikiillik müqavilə imzalanıb.

Allan 2020-ci ildən İngiltərə klubunda çıxış edirdi. O, əvvəllər İtaliyanın “Napoli” və “Udineze” komandalarının da formasını geyinib.

Braziliyalı yarımmüdafiəçi ötən mövsüm Premyer Liqanın 28 oyununda 2 məhsuldar ötürmə edib.

Xəbər 281 dəfə oxundu.