Gürcüstan yığması UEFA Millətlər Liqasının pley-off mərhələsinə yüksəlib | |
Futbol üzrə Gürcüstan yığması UEFA Millətlər Liqasında növbəti qələbəsini qazanıb. Gürcüstan millisi sentyabrın 23-də Şimali Makedoniya ilə qarşılaşıb. Tbilisidə yerləşən Boris Payçadze adına "Dinamo Arena"da keçirilən oyun Gürcüstan millisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Makedoniyalılar üzərində qələbə nəticəsində Gürcüstan yığması qrup mərhələsini birinci yerdə başa vuraraq pley-offa yüksəlib. Yığma komandanın növbəti görüşü səfərdə Cəbəllütariq seçməsi ilə olacaq. |
|
Xəbər 237 dəfə oxundu. |
|
|