Fransa Peşəkar Futbol Liqası “Qarabağ”ın rəqibini cəzalandırıb | |
Fransa Peşəkar Futbol Liqası (LFP) "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində rəqibi olan “Nant”ı cəzalandırıb. Buna “Nant” azarkeşlərinin Liqa 1-in yeddinci turu çərçivəsində baş tutan “Loryan”la səfər matçında (2:3) pirotexniki vasitələrdən istifadə etməsi səbəb olub. İntizam Komitəsinin qərarına əsasən, “Nant” qarşıdakı iki səfər qarşılaşmasında tərəfdarların dəstəyindən məhrum olacaq. Fanatlar oktyabrın 2-də "Monako", 9-da isə "Renn"lə görüşlərdə tribunaya buraxılmayacaq. "Qarabağ" qrup mərhələsinin ikinci turunda Bakıda “Nant”ı 3:0 hesabı ilə məğlub edib. Bu komandalar arasında beşinci tur çərçivəsində baş tutacaq ikinci oyun isə oktyabrın 27-də Fransada keçiriləcək. |
|
Xəbər 211 dəfə oxundu. |
|
|