Azərbaycan Qol Güləşi Federasiyasının nümayəndə heyəti İkinci Şəhidlər Xiyabanını ziyarət edib | |
Azərbaycan Qol Güləşi Federasiyasının nümayəndə heyəti İkinci Şəhidlər Xiyabanını ziyarət edib. Ziyarətdə Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti, Dünya Armrestlinq Federasiyası prezidentinin müşaviri Cəsarət Əhmədovun rəhbərliyi ilə qurumun 100-dək idmançısı və kollektiv üzvləri iştirak ediblər. Çıxış edən C.Əhmədov İkinci Qarabağ müharibəsində federasiyanın 21 idmançısının döyüşdüyünü, onlardan 4-ünün şəhidlik zirvəsinə ucaldığını bildirib və həmişə Ali Baş Komandan İlham Əliyevin çağırışlarına hazır olduqlarını ifadə edib. Federasiya rəsmisi qeyd edib ki, bu gün Azərbaycanın 1 qəhrəmanı var. O da səbirli və iradəli Azərbaycan xalqıdır. Bəşəriyyətin yaradıcısı, yerin-göyün sahibi olan Uca Allahın məscidlərində donuz saxlayan bir xalq heç vaxt güclü dövlətə sahib ola bilməz. Sonda şəhidlərimizin xatirəsinə dualar oxunub, məzarları üzərinə əklil və güllər qoyulub. |
|
Xəbər 309 dəfə oxundu. |
|
|