Stronqmen üzrə Avropa çempionatında uğurla çıxış edən Azərbaycan millisinin üzvləri Vətənə qayıdıblar
“Arnold Classic Europe-2022” festivalı çərçivəsində təşkil olunan stronqmen üzrə Avropa çempionatında uğurla çıxış edən Azərbaycan milli komandasının üzvləri sentyabrın 21-də Vətənə qayıdıblar.

idmançılarımızı Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Stronqmen Federasiyasının rəsmiləri və onların doğmaları qarşılayıblar.

İspaniyanın Sevilya şəhərində “Arnold Classic Europe - 2022” festivalı çərçivəsində stronqmen üzrə Avropa çempionatını Azərbaycan idmançıları üç medalla başa vurublar.

İdmançımız Nicat Hüseynov (95 kq) maşındartma və ağır daşların qaldırılması yarışında bütün rəqiblərini qabaqlayaraq Avropa çempionu adına sahib olub. Çempionatda 110 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Aydın Hümbətov maşındartma və ağır daşların qaldırılması, eləcə də çoxnövçülük yarışlarında gümüş medal qazanıb.

Milli komandamızın üzvləri qazandıqları medalları ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən hərbçilərə həsr ediblər.

Xəbər 307 dəfə oxundu.