Azərbaycan çempionatları tarixində 38-ci poker qeydə alını | |
Azərbaycan çempionatları tarixində 38-ci poker qeydə alınıb. Bu, Azərbaycan Premyer Liqasının yeddinci turuna təsadüf edib. Musa Qurbanlı “Zirə” – “Qarabağ” qarşılaşmasında (1:7) meydan sahiblərinin qapısına 4 qol vurub. Bu, təkcə cari deyil, son 8 mövsümün ilk pokeridir. Bir oyunda 4 qol vuran sonuncu futbolçu Freddi Mombonqo olub. AZAL-ın futbolçusu 2014/2015-ci il mövsümündə fərqlənib. O, 2676 gün öncə - 2015-ci il mayın 22-də “Simurq”la qarşılaşmada (5:0) 4 qol vurub. |
|
Xəbər 397 dəfə oxundu. |
|
|