Gənc cüdoçularımız Avropa çempionatında mübarizəyə başlayıblar | |
Çexiyanın paytaxtı Praqada gənc cüdoçular arasında Avropa çempionatı başlayıb. Cempionatın ilk günündə 4 cüdoçumuz tatami üzərinə çıxacaq. Turnirdə 60 kiloqram çəki dərəcəsində çıxış edən Nizami İmranov ilk görüşünü keçirib. Təmsilçimiz 1/16 finalda Rikardu Piresə (Portuqaliya) qalib gəlib. Eyni çəki dərəcəsində çıxış edən digər cüdoçumuz Turan Bayramov səkkizdəbir finalda Kristian Qustiuk (Moldova) - Bahadır Berat (Türkiyə) cütünün qalibi ilə üz-üzə gələcək. Qadınların yarışında Könül Əliyeva (48 kq) səkkizdəbir finalda Sila Ersin (Türkiyə), Səbinə Əliyeva (57 kq) isə 1/16 finalda Nino Tsiklauri (Gürcüstan) ilə qarşılaşacaq. Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 18-də başa çatacaq Avropa çempionatında 13 idmançı ilə təmsil olunur. |
|
Xəbər 281 dəfə oxundu. |
|
|