Parabadmintonçumuz İbrahim Əliyev Uqandada keçirilən beynəlxalq turnirə qələbə ilə başlayıb | |
Parabadminton üzrə milli komandamızın üzvü İbrahim Əliyev Uqandanın paytaxtı Kampala şəhərində keçirilən “Uganda Para Badminton International 2022” turnirində çıxış edir. işi badmintonçuların şəxsi yarışında D qrupunda mübarizə aparan İ.Əliyev bu gün ilk görüşünü keçirib. Braziliya idmançısı Roberto Rodrigeslə qarşılaşan parabadmintonçumuz hər iki setdə rəqibini üstələməyi bacarıb - 2:0. Təmsilçimiz D qrupunda ikinci görüşünü İndoneziyada keçirilən beynəlxalq parabadminton turnirində məğlub etdiyi Husseyn Şaika (Hindistan) qarşı keçirəcək. Qrupda ilk 2 yeri tutan idmançılar dörddəbir finala yüksələcəklər. Turnirə sentyabrın 18-də yekun vurulacaq. |
|
Xəbər 326 dəfə oxundu. |
|
|