“Sumqayıt” Azərbaycan Premyer Liqasının cari mövsümündə ilk qolunu vurub
“Sumqayıt” Azərbaycan Premyer Liqasının cari mövsümündə ilk qolunu vurub. Aleksey Baqanın yetirmələri VI turun “Şamaxı” ilə ev oyununda fərqlənib. Meydan sahibləri 3-cü dəqiqədə Almir Aqanspahiçin penalti zərbəsi ilə hesabı açıb.

“Gənclik şəhəri” təmsilçisi Azərbaycan çempionatlarının 30 illik tarixində ilk qolunu ən gec - mövsümdəki 6-cı matçında vuran 4-cü komanda olub. Lakin sumqayıtlılar dəqiqə baxımından digər üç uğursuzu qabaqlayıb. A.Aqanspahiç qolunu komandası 453 dəqiqə gözləyib. Mütləq antirekord isə 2015/2016-cı il mövsümündə ilk qolunu məhz “Sumqayıt”la görüşün 90+4-cü dəqiqəsində vuran AZAL-a məxsusdur.

Xəbər 351 dəfə oxundu.