Azərbaycanın U-19 komandası Avropa çempionatının seçmə mərhələsinə Bakıda hazırlaşacaq | |
Sentyabrın 18-dən 28-dək Bolqarıstanın Albena şəhərində təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsində mübarizə aparacaq 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı olacaq. U-19 seçməmiz mərhələyə daha yaxşı hazırlaşmaq məqsədilə sentyabrın 14-dən 17-dək Bakıda hazırlıq keçəcək. Bakı toplanışından sonra Avropa çempionatının seçmə mərhələsində mübarizə aparacaq yekun heyət müəyyənləşəcək. |
|
Xəbər 209 dəfə oxundu. |
|
|