Topaz Premyer Liqasının ilk oyunu
Bu gün Topaz Premyer Liqasında 1 oyun keçiriləcək. Azərbaycan çempionatının yeni sponsoruna qovuşması və adını dəyişməsindən sonra ilk matç Sumqayıtda olacaq.

Belə ki, IV turunun təxirə salınmış “Xəzər Lənkəran” – “Simurq” oyunu “Gənclik şəhəri”ndə keçiriləcək. Saat 17:00-da başlayacaq matç lideri dəyişə bilər.

Məsələ ondadır ki, səfərdə oynayacaq “Simurq” qələbə qazanacağı halda zirvəni ələ keçirəcək. “Xəzər Lənkəran” qalib gələrsə isə Zaqatala təmsilçisinə çatacaq.

Qeyd edək ki, “Simurq” tarixi ərzində “Xəzər Lənkəran”a qalib gəlməyib.

20 sentyabr (cümə axşamı)
17:00: "Xəzər Lənkəran" - "Simurq"
Hakimlər: Elçin Məmmədov, Rahil Ramazanov, Elşən Acalov, İnqilab Məmmədov
Mehdi Hüseynzadə adına Sumqayət şəhər stadionu.

Xəbər 1869 dəfə oxundu.