“Şamaxı” klubu antirekorda imza atıb | |
“Şamaxı” klubu Azərbaycan Premyer Liqasının ilk beş turunda cəmi 1 xal toplayıb. Bu, klub tarixinin antirekordunun təkrarıdır. 1999/2000-ci il mövsümündən yüksək dəstədə “Xəzər Universiteti”, “İnter” və “Keşlə” adları altında çıxış edən komanda tarixində 3-cü dəfə belə uğursuz starta imza atıb. Əvvəl Bakını təmsil edən komanda 2018/2019-cu və 2021/2022-ci il mövsümlərinə də 1 heç-heçə ilə 4 məğlubiyyətlə başlayıb. Dörd il əvvəl top fərqi 4-9 olubsa, ötən çempionatdakı göstərici indiki ilə eyni idi - 2-10. Qeyd edək ki, V turda “Turan Tovuz”a 0:1 hesabı ilə uduzan “Şamaxı” bunadək “Neftçi” (0:1), “Qəbələ” (1:3), “Səbail” (1:1) və “Qarabağ”la (0:4) görüşüb. |
|
Xəbər 333 dəfə oxundu. |
|
|