Azərbaycan Premyer Liqası: “Neftçi” və “Turan” qalib gəlib
Futbol üzrə Azərbaycan Premyer Liqasının V turu çərçivəsində növbəti oyunlar keçirilib.

Günün ilk matçında “Şamaxı” və “Turan” klubları qarşılaşıblar.

Şamaxı şəhər stadionunda keçirilən oyunda qonaqlar 1:0 hesabı ilə qalib gəliblər. Yeganə qolu görüşün 85-ci dəqiqəsində “Turan” klubunun hücumçusu Runi Eva vurub.

Günün digər matçında isə “Neftçi” “Sumqayıt”ı qəbul edib. Baş hakim Kamal Umudlunun idarə etdiyi görüş “ağ-qaralar”ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda qolları Ata Caber (19), Emin Mahmudov (55) və Rəhman Hacıyev (77) vurublar.

Qeyd edək ki, turun açılışı matçında “Qarabağ” komandası “Kəpəz”i 1:0 hesabı ilə məğlub edib. Tura sentyabrın 4-də keçiriləcək “Sabah”-“Səbail” və “Zirə”-“Qəbələ” oyunları ilə yekun vurulacaq.

Xəbər 314 dəfə oxundu.