“Turan Tovuz” komandası “Şamaxı”nı minimal hesabla məğlub edib | |
Futbol üzrə Azərbaycan Premyer Liqasında beşinci tur çərçivəsində növbəti oyun keçirilib. “Şamaxı” klubu “Turan Tovuz”u qəbul edib. Maraqlı idman mübarizəsi şəraitində keçən oyunda Tovuz təmsilçisi 1:0 hesablı qələbə qazanıb. Yeganə qolu “Turan Tovuz”un kamerunlu hücumçusu Runi İva Vankevay vurub. Bu nəticədən sonra Ayxan Abbasovun yetirmələri turnir cədvəlində 7 xalla 5-ci pilləyə yüksəliblər. “Şamaxı” isə 1 xalla 9-cu yerdədir. Qeyd edək ki, turun açılış matçında "Qarabağ" "Kəpəz"i 1:0 hesabı ilə məğlub edib. Beşinci turun "Neftçi" - "Sumqayıt" oyunu sentyabrın 3-də, "Sabah" - "Səbail" və "Zirə" - "Qəbələ" qarşılaşmaları sentyabrın 4-də baş tutacaq. |
|
Xəbər 262 dəfə oxundu. |
|
|