Yeddi ilin antirekordu: “Kəpəz”dən ilk | |
Futbol üzrə Azərbaycan Premyer Liqasının V turunda “Qarabağ”ı qəbul edən “Kəpəz” 0:1 hesabı ilə uduzub. Bu, Gəncə təmsilçisinin mövsümdə 5-ci məğlubiyyəti olub. Gəncə təmsilçisi son 7 mövsümün antirekorduna imza atıb. Bu müddətdə “Kəpəz”dən başqa heç bir komanda ilk beş turu xalsız başa vurmayıb. Bu taleyi yaşayan sonuncu komanda AZAL olub. Bakı təmsilçisi 2015/2016-cı il mövsümünün əvvəlində beş məğlubiyyəti sıralayıb. “Kəpəz” də tarixinin ən uğursuz startına imza atıb. Qərblilər heç vaxt ilk 5 oyunda uduzmamışdı. 2012/2013-cü il mövsümünə 4 məğlubiyyətlə başlayan gəncəlilər beşinci görüşdə qələbə qazanmışdı. |
|
Xəbər 210 dəfə oxundu. |
|
|