“Mançester Siti” klubu “Nottinqem Forest”i böyük hesabla məğlub edib | |
Futbol üzrə İngiltərə Premyer Liqasının V turu çərçivəsində “Mançester Siti” və “Nottinqem Forest” klubları qarşılaşıb. “Etihad” stadionunda keçirilən matç ev sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb – 6:0. Oyunda qolları Erlinq Haaland (12, 23, 38), Joao Kanselo (50) və Yulian Alvarez (65, 87) vurublar. Qeyd edək ki, Norveç millisinin üzvü Erlinq Haaland Premyer Liqada ardıcıl ikinci oyunda het-trik edib. O, 9 qolla liqada bombardirlər siyahısında birinci yerdə qərarlaşıb. |
|
Xəbər 220 dəfə oxundu. |
|
|