“Selta” klubu hücumçusu Santi Minanı icarəyə göndərib | |
İspaniyanın “Selta” klubu hücumçusu Santi Minanı icarəyə göndərib. La Liqa təmsilçisi onu Səudiyyə Ərəbistanının “Əl-Şabab” klubuna icarəyə verib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İyirmi altı yaşlı forvardın 2022-ci ilin 30 iyununadək “Əl-Şabab”da forma geyinəcəyi diqqətə çatdırılıb. S.Mina “Selta”nın yetirməsidir. O, 2015-2019-cu illərdə “Valensiya”da oynadıqdan sonra yenidən doğma klubuna qayıdıb. İspaniyalı futbolçu “Selta”da 163 oyuna 42 qol vurub. |
|
Xəbər 246 dəfə oxundu. |
|
|