“Marsel” klubu hücumçusu Arkadiuş Miliki “Yuventus”a icarəyə verib | |
“Marsel” klubunun hücumçusu Arkadiuş Milik “Yuventus”a keçib. Bu barədə Turin təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Polşalı forvard İtaliya klubunda mövsümün sonunadək icarə əsasında çıxış edəcək. Qeyd edək ki, 2021-ci ilin yanvarından “Marsel”də çıxış edən futbolçu 55 oyuna 30 qol vurub, 3 məhsuldar ötürmə edib. Onun Fransa klubu ilə 2025-ci ilin iyununa qədər müqaviləsi var. |
|
Xəbər 234 dəfə oxundu. |
|
|