Daniel Rikkardo cari mövsümün sonunda “McLaren Racingi”i tərk edəcək
“McLaren Racing” komandası pilotu Daniel Rikkardo ilə 2023-cü il üçün müqaviləni ləğv etmək barədə razılığa gəlib.

Avstraliyalı pilot cari mövsümün sonunda komandanı tərk edəcək.

Komanda növbəti mövsümü üçün pilotların heyətini yaxın günlərdə təsdiqləyəcək.

D.Rikkardo bildirib ki, iki mövsüm “McLaren Racing” ailəsinin bir hissəsi olmaq mənim üçün böyük şərəfdir. Amma komanda rəhbərliyi ilə bir neçə aylıq müzakirələrdən sonra komanda ilə müqaviləmi vaxtından əvvəl ləğv etmək və mövsümün sonunda yolları ayırmaq qərarına gəldik.

Qeyd edək ki, “McLaren Racing” Formula 1 üzrə dünya çempionatının cari mövsümündə 95 xalla komandaların sıralamasında beşincidir. D.Rikkardo isə 19 xalla pilotların sıralamasında 12-ci pillədə qərarlaşıb.

Xəbər 332 dəfə oxundu.