“Beşiktaş” klubu heyətini yeni futbolçu ilə gücləndirib | |
Türkiyənin “Beşiktaş” klubu heyətini yeni futbolçu ilə gücləndirib. İstanbul təmsilçisi “Sivasspor”dan Kerem Atakan Kesgini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “Beşiktaş” 21 yaşlı yarımmüdafiəçi ilə 2026-cı ilin iyununadək müqavilə imzalayıb. Qeyd edək ki, futbolçu “Sivasspor”a 2020-ci ilin yayında “Göztepe”dən transfer olunmuşdu. O, son mövsümdə 27 matçda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. |
|
Xəbər 247 dəfə oxundu. |
|
|