Şahmatçılarımız “Masters” turnirinə qələbə ilə start veriblər | |
Əbu-Dabidə 28-ci şahmat festivalının “Masters” turnirində birinci turun oyunları keçirilib. Azərbaycan şahmatçılarından Məhəmməd Muradlı və Elmar Atakişiyev ilk turda qələbə qazanıblar. Doqquz turdan ibarət turnir İsveçrə sistemi üzrə keçirilir. Yarışda 31 ölkədən 150-yə yaxın şahmatçı qüvvəsini sınayır. |
|
Xəbər 264 dəfə oxundu. |
|
|