On bir yaşlı soydaşımız gənclər arasında dünya çempionu olub
Kanadada yaşayan 11 yaşlı soydaşımız Hüseyn Əsgərzadə muay-tay üzrə gənclər arasında keçirilən dünya çempionatının qalibi olub.

2Kalqari şəhərində baş tutan yarışda yeniyetmə idmançı rəqibləri üzərində qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, Hüseyn Əsgərzadə ailəsi ilə birlikdə 2021-ci ildə Kanadaya köçüb. Bakıda 2 il idmanın kikboksinq növü ilə məşğul olub və respublika yarışlarının qalibi olub. Kanadaya köçəndən sonra atası onu muay-tay idman növünə yönəldib. Son bir il ərzində Hüseyn əla nəticələrə nail olub. O, gənclər arasında bu idman növü üzrə ikiqat Kanada çempionudur.

Xəbər 303 dəfə oxundu.