İslamiada: Azərbaycanın para-stolüstü tennis komandası bürünc medala yiyələnib
Azərbaycan komandası Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında aktivinə daha bir medal yazdırıb.

Azərbaycanın para-stolüstü tennis komandası bürünc medala yiyələnib.

Qeyd edək ki, digər üçüncü yerə Tacikistan yığması sahib olub. Meydan sahibi Türkiyə qızıl, İran gümüş medal qazanıb.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları 2021-ci ildə keçirilməli olsa da, qlobal pandemiya səbəbindən yarış bir il təxirə salınıb. 56 ölkədən 4 mindən çox atletin idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə apardığı İslamiada avqustun 18-dək davam edəcək.

Xəbər 392 dəfə oxundu.