İslamiada: Cüdoçumuz yarımfinala vəsiqə qazanıb | |
Bu gün V İslam Həmrəyliyi Oyunlarında cüdoçularımız mübarizəyə qatılıblar. Təmsilçilərimizdən Balabəy Ağayev (60 kq) yarımfinala vəsiqə qazanıb. Bu mərhələdə onun rəqibi Türkmənistan təmsilçisi Hakberdi Jumayev olacaq. Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları 2021-ci ildə keçirilməli olsa da, qlobal pandemiya səbəbindən yarış bir il təxirə salınıb. V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparır. |
|
Xəbər 281 dəfə oxundu. |
|
|