Milena Radeçka: Hamı düşərgəyə gəldikdən sonra güclənəcəyik
“Biz yenicə başlamışıq. Bu da oyunların gedişində özünü göstərdi. Bir neçə məşqdən sonra meydanda hərəkət etmək çətin idi”. İdman.com.az saytının məlumatına görə, bunu “Azərreyl”in voleybolçusu Milena Radeçka deyib. 28 yaşlı polşalı voleybolçu “dəmiryolçuların” beynəlxalq turnirdən çıxışına münasibət bildirib. Onun sözünə görə, keçirdikləri hər 3 oyunda məğlubiyyət və yarışda sonuncu olmaq yenicə bir araya gəlmələridir:

“Rəqiblərimiz müəyyən müddətdir ki, birgə çalışdır. Bunun üçün də hər cəhətdən bizi üstələdilər. Bizim oyunumuz isə gündən-günə, həftədən-həftəyə yaxşılaşacaq. Bu, bütün komandamızın üzvləri düşərgəyə gəldikdən sonra daha da sürətlənəcək”.

Xəbər 1055 dəfə oxundu.