Sabah Misli Premyer Liqasında ikinci turun oyunları keçiriləcək | |
Sabah futbol üzrə Misli Premyer Liqasında ikinci turun oyunları keçiriləcək. Görüşlər üç günü əhatə edəcək. Birinci turun açılış matçı avqustun 12-də “Zirə” və “Sabah” komandaları arasında olacaq. “Dalğa Arena”da oynanılacaq qarşılaşma saat 19:00-da başlayacaq. Görüşdə ədaləti İnqilab Məmmədov qoruyacaq. Bu komandalar arasındakı son altı qarşılaşmada ən azı iki qol qeydə alınıb. “Zirə” son yeddi oyunda meydanı qolsuz tərk etməyib. Avqustun 13-də “Sumqayıt” öz meydanında Ağdamın “Qarabağ” komandasını qəbul edəcək. “Kapital Bank Arena”da keçiriləcək matç saat 18:20-da start götürəcək. Görüşün baş hakimi Tural Qurbanov olacaq. “Qarabağ” son beş oyunda qələbə qazanıb, Sumqayıt şəhər təmsilçisi isə son dörd matçda qol vura bilməyib. Baş hakimi Rauf Allahverdiyev təyin edilən və “ASCO Arena”da keçiriləcək “Səbail”–“Turan Tovuz” oyununa saat 20:30-da start veriləcək. Bu komandalar indiyədək qarşılaşmayıblar. “Qəbələ”–“Şamaxı” komandaları arasında matç isə avqustun 14-də təşkil olunacaq. Baş hakim Fərid Hacıyevin idarə edəcəyi Qəbələ şəhər stadionundakı oyun saat 18:20-də başlayacaq. “Qəbələ” ardıcıl yeddi qarşılaşmada meydanı qolsuz tərk etməyib. “Şamaxı” son dörd görüşdə qələbə qazanmayıb. Tura “Bakcell Arena”da keçiriləcək “Neftçi”–“Kəpəz” oyunu ilə yekun vurulacaq. Saat 20:30-da start veriləcək matçın baş hakimi Nicat İsmayıllı olacaq. “Neftçi” son üç matçda qalib gəlib. “Kəpəz” son dörd səfərdə qol vurmayıb. Qeyd edək ki, cari çempionat altı illik fasilədən sonra 10 komandanın iştirakı ilə keçirilir və Premyer Liqada ilk dəfə VAR sistemindən istifadə olunur. |
|
Xəbər 265 dəfə oxundu. |
|
|