Məşhur gimnast Yana Batırşina Bakıya gəlib | |
Bədii gimnastika üzrə dəfələrlə dünya çempionu, 2019-cu ildə ölkəmizdə təşkil olunan dünya çempionatının ulduz səfiri rusiyalı Yana Batırşina Bakıya gəlib. Məşhur gimnast avqustun 9-dan 18-dək Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək yığmamızın yarış öncəsi yoxlama məşqini izləyib. Tədbirdə Azərbaycan Gimnastika Federasiyasının İcra Komitəsinin üzvü, gənclər və idman nazirinin müavini Mariana Vasileva da iştirak edib. “Konya-2021”də bədii gimnastika üzrə fərdi yarışlarda İlona Zeynalova, Alina Gözəlova və Zöhrə Ağamirova medallar uğrunda mübarizə aparacaqlar. Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət qrup hərəkətləri komandamız da İslamiadada gücünü sınayacaq. Y.Batırşina beşqat Avropa, yeddiqat dünya çempionudur. Rusiyalı gimnast 1996-cı ildə Atlanta Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb. |
|
Xəbər 269 dəfə oxundu. |
|
|