Kişi şahmatçılarımız Ümumdünya Şahmat Olimpiadasında Türkiyə komandası ilə heç-heçə ediblər | |
Hindistanın Çennay şəhərində 44-cü Ümumdünya Şahmat Olimpiadası davam edir. Kişilərdən ibarət komandamız (Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Qədir Hüseynov, Vasif Durarbəyli) Türkiyə yığması ilə heç-heçə edib. Qeyd edək ki, şahmatçılarımız ötən turları qalib başa vurublar. Olimpiadada kişilərin yarışında 188 ölkədən komandalar mübarizə aparırlar. İsveçrə sistemi üzrə keçirilən və 11 turdan ibarət yarış avqustun 9-dək davam edəcək. |
|
Xəbər 213 dəfə oxundu. |
|
|