“Neftçi” yenə əzəli rəqibinə yerini göstərdi | |
Bu gün Azərbaycan Premyer Liqasında V turun növbəti oyunları keçirilib. İdman.com.az saytının məlumatına görə, 1 gün əvvəl baş tutan “Bakı” – “Turan” matçı ilə start götürən turun 4 qarşılaşması baş tutub. Matçların 2-si paytaxtda, 2-si isə kənarda təşkil edilib. Turun mərkəzi görüşü Bakıda olub. Azarkeşlərin səbirsizliklə gözlədiyi “Neftçi” – “Xəzər Lənkəran” görüşündə ev sahibləri qələbə qazanıblar. Baxmayaraq ki, “ağ-qaralar” oyunun gedişində hesabda geri idi. Günün digər matçlarından “Rəvan” – “Simurq” qarşılaşması daha çox maraq doğurub. Yayda heyətini xeyli gücləndirmiş Zaqatala klubu yekunda qalib gəlib. “Qəbələ” gözlənilmədən səfərdə autsayder “Kəpəz”ə uduzub. Azərbaycan Premyer Liqası, V tur 15 sentyabr (şənbə) “Rəvan” – “Simurq” - 0:2 Qol: Mario Bojiç, 71; Marçin Burxardt, 77 Hakimlər: Anar Salmanov, Mübariz Haşımov, Ramiz Əsədov, Rəhim Həsənov AFFA nümayəndəsi: Maşallah Əhmədov Hakim-inspektor: Nüvər Xasıyev Bayıl Arena stadionu. “İnter” – “Sumqayıt” - 1:0 Qol: Djako Arafat, 4 Hakimlər: Rauf Cabbarov, Elşən Acalov, Coşqun Həsənov, Fərid Məmmədov AFFA nümayəndəsi: Oqtay Abdullayev Hakim-inspektor: Füzuli Nəcəfov “Şəfa” stadionu. “Kəpəz” - “Qəbələ” - 1:0 Qol: Bəxtiyar Soltanov, 44 Hakimlər: Elçin Məmmədov, Namiq Hüseynov, Nahid Əliyev, İnqilab Məmmədov AFFA nümayəndəsi: Əsgər Əmirəliyev Hakim-inspektor: Səfər Haşımov Gəncə şəhər stadionu. “Neftçi” – “Xəzər Lənkəran” - 2:1 Qol: Nikolas Kanales, 17; Flavinyo, 72 - Sadio Tounkara, 8 Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, İlham Əliyev, Fuad Həsənov AFFA nümayəndəsi: Mübariz Hüseynov Hakim-inspektor: Əli Hüseynov İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu. |
|
Xəbər 1014 dəfə oxundu. |
|
|