“Qarabağ” klubunun “Ferenstvaroş”la oyunlarında VAR sistemində istifadə olunacaq | |
Ağdamın “Qarabağ” klubunun UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində Macarıstanın “Ferenstvaroş” komandası ilə oyunlarında videoköməkçi hakim (VAR) sistemindən istifadə olunacaq. Bu barədə UEFA-nın saytı məlumat yayıb. Bildirilib ki, üçüncü təsnifat mərhələsinin bütün matçlarında ilk dəfə VAR tətbiq olunacaq. UEFA VAR qurğusunu çatdırmaq üçün klublar və televiziya yayımına cavabdeh olan müvafiq telekanallarla sıx əməkdaşlıq edir. Qeyd edək ki, “Qarabağ” və “Ferentsvaroş” arasında ilk görüş avqustun 3-də Bakıda, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Oyun saat 20:00-da başlayacaq. Cavab görüşü isə avqustun 9-u Budapeştdə keçiriləcək. Bu qarşılaşmaya Bakı vaxtı ilə saat 22:00-da start veriləcək. |
|
Xəbər 290 dəfə oxundu. |
|
|