V İslam Həmrəyliyi Oyunlarında həndbol yarışlarının vaxtı müəyyənləşib | |
Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunlarında həndbol yarışları avqustun 7-də start götürəcək. Avqustun 13-də yarımfinallar, bir gün sonra isə final və üçüncü yer uğrunda görüş keçiriləcək. Azərbaycanın kişi həndbol millisi B qrupunda Türkiyə və İranla mübarizə aparacaq. Qadınlardan ibarət millimiz isə İran, Əfqanıstan və Kamerun yığmaları ilə B qrupunda qüvvəsini sınayacaq. |
|
Xəbər 369 dəfə oxundu. |
|
|