Çimərlik voleybolu üzrə açıq ölkə çempionatının vaxtına dəyişiklik edilib | |
Azərbaycan Voleybol Federasiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə çimərlik voleybolu üzrə açıq ölkə çempionatının vaxtına dəyişiklik edilib. iştirakçıların istəyi və müraciətləri nəzərə alınaraq oyunlar iki gün davam edəcək. Bu səbəbdən də yarışa iyulun 29-da deyil, 1 gün tez start veriləcək. Olimpiya sistemi ilə keçiriləcək çempionatda ilk gün təsnifat mərhələsinin oyunları olacaq. Ardınca qaliblər arasında yenidən püşkatma keçiriləcək və yarışa iyulun 29-da yekun vurulacaq. Qeyd edək ki, 16 kişi, 15 qadın cütlüyün mübarizə aparacağı açıq Azərbaycan çempionatının oyunları Bakı Su İdmanı Sarayında keçiriləcək. Yarışın qaliblərinə medal, diplom və turnirin sponsorları tərəfindən hədiyyələr veriləcək. |
|
Xəbər 372 dəfə oxundu. |
|
|