Sabah cüdoçularımız XVI Avropa Gənclər Yay Olimpiya Festivalında mübarizəyə başlayacaqlar | |
Sabah cüdoçularımız Slovakiyada keçiriləcək XVI Avropa Gənclər Yay Olimpiya Festivalında mübarizəyə başlayacaqlar. Azərbaycanı yarışda 12 cüdoçu təmsil edəcək. Belə ki, oğlanların yarışında Murad Əliyev (55 kq), Nurlan Kərimli (60 kq), Eltac Yusifli (66 kq), Qədir Hüseynov (73 kq), İsmayıl Zamanov (81 kq), Əjdər Bağırov (100 kq), Kənan Nəsibov (+100 kq), qızların turnirində isə Xumar Qasımzadə (44 kq), Könül Əliyeva (48 kq), Aydan Vəliyeva (52 kq), Fidan Əlizadə (57 kq) və Nigar Süleymanova (+78 kq) iştirak edəcəklər. Festival çərçivəsində cüdo yarışları iyulun 29-dək davam edəcək. XVI Yay Olimpiya Festivalında Azərbaycan idmançıları cüdo ilə yanaşı, gimnastika, velosiped, atletika, tennis, üzgüçülük, badminton idman növlərində təmsil olunurlar. |
|
Xəbər 477 dəfə oxundu. |
|
|