“Barselona” klubu yoxlama oyununda “Real Madrid”ə qalib gəlib | |
İspaniyanın "Barselona" və "Real Madrid" futbol klubları ABŞ-da yoxlama oyununda üz-üzə gəliblər. Las-Veqasdakı "Allegiant" stadionunda keçirilən görüş “Barselona”nın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda yeganə qolu 27-ci dəqiqədə Rafinya vurub. Qeyd edək ki, "Barselona" La Liqanın birinci turunda avqustun 13-də "Rayo Valyekano"nu qəbul edəcək. Madrid klubu isə bir gün sonra "Almeriya"nın qonağı olacaq. |
|
Xəbər 243 dəfə oxundu. |
|
|