AFFA rəsmisi Qazaxıstanda səfərdə olub | |
AFFA-nın lisenziyalaşdırma qrupunun rəhbəri Elçin Məmmədov 20-21 iyul tarixlərində UEFA-nın Matç Direktoru qismində, Qazaxıstanın Kostanay şəhərində səfərdə olub. UEFA tərəfindən ezam olunan E.Məmmədov səfər çərçivəsində ötən mövsüm Qazaxıstan çempionu olmuş “Tobol” klubunun ev oyunlarını keçirdiyi “Tsentralnıy” stadionunun 2022-2023-cü illər mövsümü üçün UEFA yarışlarına hazırlıq səviyyəsi ilə tanış olub. Həmçinin UEFA Avropa Konfrans Liqası yarışları çərçivəsində iyulun 21-də stadionda keçirilmiş matç zamanı (Tobol – Lincoln Red İmps) təşkilatı məsələlər və matç günü əməliyyatları ilə tanış olub. Səfər zamanı, həm də klubun nümayəndələri ilə görüşdə yeni mövsümdə tətbiq olunacaq qaydalarda ötən mövsümə nisbətən baş vermiş dəyişikliklər müzakirə olunub. |
|
Xəbər 277 dəfə oxundu. |
|
|