Stolüstü tennisçilərimiz İslamiadaya Qaxda hazırlaşırlar
Stolüstü tennisçilərimiz Türkiyənin Konya şəhərində keçiriləcək İslam Həmrəyliyi Oyunlarına hazırlığı davam etdirirlər.

Seçmə komanda bu məqsədlə Qax Olimpiya İdman Kompleksində təlim-məşq toplanışı keçir. Bu gün başlayan növbəti hazırlıqda baş məşqçi Mixail Timofeyev və böyük məşqçi Fərhad İsmayılovun rəhbərliyi altında 10 idmançı - Vəzir Allahverdiyev, Nihad Məmmədov, Emin Məmmədov, Adil Əhmədzadə, İbrahim Ansari, Əliverdi Şahgəldiyev, Nəzakət Qarayeva, Ləman Abdulhəmidova, Zemfira Mikayılova və Mərziyyə Nurmətova iştirak edir. İdmançılar iyulun 31-dək davam edəcək toplanışda fiziki, texniki və taktiki bacarıqlarını artırmağa çalışacaqlar.

Qeyd edək ki, stolüstü tennisçilərin İslam Həmrəyliyi Oyunlarında mübarizəsinə avqustun 7-də start veriləcək.

Xəbər 320 dəfə oxundu.